Xarici xəbərlər

İranda faciə: həlak olanların sayı 141-ə çatıb

13-11-2017 | 10:05        

  

İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıq 141-ə çatıb.

Təbii fəlakət mindən çox insanın yaralanmasına səbəb olub.

Qeyd edək ki, noyabrın 12-də İran-İraq sərhədində 7,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Bağdaddan 204 kilometr şimal-şərqdə və İranın Kermanşah şəhərindən104 kilometr qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.