Cəmiyyət

Azərbaycanın ABŞ-dakı səfiri Y.Əliyev Orbital Scinces şirkətinin icraçı direktoru ilə görüşüb

27-01-2011 | 18:26        

  


 

Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri Yaşar Əliyev Orbital Scinces şirkətinin icraçı direktoru Devid Tomsonla görüşüb. Azərbaycanın ilk telekomunikasiya peyki olan Azersat-ın layihələşdirmə və tikintisi məhz bu şirkətə həvalə olunub. Görüşdə səfir, prezident İlham Əliyevin peyk sahəsinin inkişafına və informasiya təhlükəsizliyini təmin etmək üçün innovativ üsullara önəm verdiyini qeyd edib. Devid Tomson isə vurgulayıb ki, Azərbaycanın orbitdə peykinin olması ölkənin iqtisadi cəhətdən sürətlə inkişaf etdiyi sübut edir.