Xarici xəbərlər

Hava zərbələri nəticəsində 50-dən artıq adam ölüb

08-11-2017 | 14:35        

  

Koalisiya qüvvələrinin Yəməndə keçirdiyi hava əməliyyatları nəticəsində azı 50 nəfər ölüb, çox sayda adam yaralanıb.  Ölkənin şimal-qərbindəki Həccə əyalətinə endirilən aviazərbələrdə ölənlərin əksəriyyəti qadın və uşaqlardır. Bölgədə hava əməliyyatlarının davam etməsi xilasetmə prosesinə də mane olub. Tələfatın artacağı istisna olunmur.  Ötən həftə Saada əyalətində otellərdən birinə endirilən hava zərbəsi nəticəsində 29 mülki şəxs həlak olmuş, onlarla adam yaralanmışdı. BMT-nin hesablamalarına əsasən, Yəməndə silahlı münaqişə nəticəsində 10 mindən çox adam ölüb, 3 milyon sakin  evlərini tərk etməli olub.