Xarici xəbərlər

Ermənistan hökuməti 18 il öncə parlamentdə terror aktı törədənlərdən canını qurtarmağa çalışır

07-11-2017 | 10:55        

  

Ermənistan hökuməti 27 oktyabr 1999-cu ildə parlamentdə terror aktı törədənlərdən canını qurtarmağa çalışır. “Lragir armenia” qəzetinin bu barədə aparıdığı araşdırma işğalçı ölkədə ciddi rezonans doğurub. Buna 18 il əvvəl baş vərən terror aktının iştirakçılarından biri - Edvard Qriqoryanın bir müddət əvvəl qəfildən ölümü səbəb olub. Qəzet yazır ki, bu hadisə  naməlum ölümlərdən nə birincisi, nə də sonuncusudur. Teraktın digər iştirakçısı Norayr Yeqiazaryan da 2000-ci ildə Nubaraşen həbsxanasında kamerasında qəflətən ölüb. Teraktın təşkilatçısı Nairi Unanyanın əmisi və qruplaşmanın dah bir üzvü Vram Qalstyan isə mütəmadi olaraq sui-qəsdə məcbur edilib. Nəhayət, 2004-cü ildə öz kamerasında intihar edərək həyatına son qoyub. Qalstyanın ölümündən bir neçə gün sonra isə teraktla əlaqədar həbs edilən, amma sonra azadlığa buraxılan deputat Muşeq Movsisyan Aparan-İrəvan dəmiryolunda yol qəzasına düşərək həayatını itirib. 2004-cü ildə daha bir qəza ABŞ-da baş verir. Bu dəfəki qəzada parlamentin keçmiş tibb bacısı olan və teraktda şahid kimi dindirilən Roza Ovannisyan ölür. Yenə eyni ildə parlamentin binasında parlamentin pasport şöbəsinin əməkdaşı Asmik Abramyan özünü asır. Abramyan da Ovanisyan kimi teraktda əsas şahidlərdən sayılır. 2010-cu ilin mayında yenidən Nubaraşen həbsxanasında daha bir ölüm hadisəsi qeydə alınır. Teraktı törədənlərdən və 14 il həbs cəzasına məhkum olunan Hamlet Stepanyanın cəsədi aşkarlanır. Maraqlı məqam isə onun cəmi 2 il sonra azadlığa çıxacağı idi. 2014-cü ildə teraktın daha bir əsas şahidi ABŞ-da naməlum şəkildə ölür. Bu şəxsin Nairi Unanyanın keçmiş dostu, Ermənistan dövlət televiziyasının müxbiri Tiqran Nəzəryan olduğu bildirilir. İddialara görə, məhz Nazaryan 27 oktyabrdan əvvəl və sonra Unanyanla əlaqədə olub, eləcə də o, teraktdan sonrakı Köçəryan-Unanyan görüşündə iştirak edib. Bütün ölüm halları göstərir ki, onlarda Ermənistanın indiki hakimiyyətinin əli var. Qriqoryanın ölümü isə onun 27 oktyabr tarixi ilə bağlı yeni faktlar açıqlayacağına dair verdiyi anonslardan sonra baş verdi. Hələ də bilinmir ki, Qriqoryan hansı faktları açmaq istəyirdi.  Bu hadisədən bir neçə gün əvvəl “yelk” partiyasının rəhbəri Nikol Paşinyan da mətbuta 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində baş verən hadisədə Serj Sakisyanın birbaşa rolu olduğunu açıqlayıb.  O hətta bununla bağlı əsaslı dəlillər  topladığını da iddia edir. Bundan sonra isə Paşinyana və ailə üzvlərinə qarşı hədələr başlayıb.