Xarici xəbərlər

Səudiyyə Ərəbistanında qəzaya uğrayan helikopterin qalıqları aşkarlanıb

06-11-2017 | 14:27        

  

Göyərtəsində Səudiyyə Ərəbistanının yüksəkvəzifəli məmurlar qrupunun olduğu və krallığın cənub-qərbində - Yəmənlə sərhəddə yerləşən Asir dairəsində qəzaya uğrayan helikopterin qalıqları aşkarlanıb. Axtarış əməliyyatı davam edir.

Qəza nəticəsində həlak olanlar barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, bir qədər əvvəl Əl-Cəzirə telekanalı qəza nəticəsində helikopterin göyərtəsindəki 9 nəfərin hamısının həlak olduğunu bildirmişdi. Onların arasında dairənin əmiri şahzadə Mansur bin Mukrin bin Əbdül Əziz Əl-Səudun və həmin dairənin polis rəisinin olduğu məlumdur.