Xarici xəbərlər

Ermənistanda əhalinin azalması səbəbindən 316 kənd icması ləğv olunacaq

06-11-2017 | 12:22        

  

Ermənistanda  əhalinin narazılığına səbəb olan daha bir  seçki keçirilib. Seçkinin nəticələrinə əsasən, işğalçı ölkədə  316 icma ləğv ediləcək, əvəzinə 30 icma yaradılacaq. İlkin mərhələdə keçmiş Vardenis rayonunda 21, Qafanda 31,  Aparanda isə 20 kənd icmasının ləğvi gözlənilir.  “News.am” xəbər portalının  yazdığına görə,  hökumətin bu qərarı mənfi nəticələrə gətirib çıxaracaq. Əksər seçicilər  icmaların birləşməsi ilə bağlı keçirilən seçkiyə yox deyiblər.  Şirak əyalətinin Axuryan, Maralik və Marmaşen icmalarından olan sakinlər bildiriblər ki, hökumət birləşən icmalara öz adamlarını yerləşdirir. Bu isə saxtakarlıqdır. Yeni tərkibin üzvləri əhali ilə işləyə bilməyəcək. Belə olacağı təqdirdə onsuz da kəndlərdə azsayda qalan sakinlər yaşadıqları yeri tərk edəcəklər. Nəticədə isə  300-dən çox kəndin tamamilə boşalacağı ehtimal olunur. Rəsmi statistikaya görə, hazırda  Ermənistanda 915 kənd var, yeni islahatlardan sonra bu kəndlərin  sayı 600-ə düşəcək. Kəndlərdə yaşayan insanlar isə icmaların  ləğvi ilə  tarixdən silinmək istəmirlər. Hökumət rəsmiləri buna məcbur qaldıqlarını deyirlər.  Çünki, miqrasiya səbəbindən əksər kəndlərdə bir-iki ailə qalıb. Ona görə də icmaların birləşdirilməsi vacibdir.