Xarici xəbərlər

Suriya ordusu Deyr əz-Zor şəhərini “İŞİD”dən azad edib

03-11-2017 | 13:55        

  

Suriya ordusu ölkənin şərqindəki Deyr əz-Zor şəhərini  “İraq-Şam İslam Dövləti” terrorçularından təmizləyib. Suriya dövlət televiziyasının məlumatına görə şəhər hərbi birləşmələrin tam nəzarətindədir.  Azad edilən rayonların minalardan təmizlənməsi prosesinə başlanılıb. “İŞİD” terrorçuları döyüşlərin son mərhələsində minalanmış avtomobillər və snayperlərlə, eləcə də  qadın terrorçu-intiharçılarla ordunun irəliləməsinə mane olmağa çalışıb. Şəhər kənarında döyüşlərin davam etdiyi bildirilir. Xatırladaq ki, Beynəlxalq Koalisiya ordusunun dəstəklədiyi Suriya Demokratik Qüvvələri də ötən ay “İŞİD”in nəzarətindəki Raqqa şəhərini azad etmişdi. Həm Suriya ordusu, həm də Suriya Demokratik Qüvvələri  Deyr əz-Zor əyalətində “İŞİD”ə qarşı əməliyyatları davam etdirir.