İqtisadiyyat

“Şimal-Cənub” Nəqliyyat Dəhlizi vasitəsilə Rusiyadan İrana ilk yük daşınıb

03-11-2017 | 13:06        

  

Şimal-Cənub” Nəqliyyat Dəhlizi ilə Rusiyadan İrana  yük daşınması həyata keçirilib. İlk dəfə olaraq sınaq məqsədilə aparılan yük taxta məmulatları olub. Yük Rusiyanın Tixonovo stansiyasından çıxaraq Azərbaycan Dəmir Yollarına aid yük qatarı ilə Astara stansiyasındakı terminaldan yük avtomobillərlə İran ərazisinə nəql edilib. 907 ton həcmdə olan yük Astara terminalına 16 vaqon vasitəsilə çatdırılıb. Sınaq yükdaşımasından sonra həmin yüklərin, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə davamlı olaraq nəqli nəzərdə tutulub. “Şimal-Cənub” layihəsi çərçivəsində dəmiryolunun Azərbaycan ərazisində tikinti başa çatdırılsa da hazırda İran hissəsində inşaat işləri davam etdilir.

Qeyd edək ki, əlverişli coğrafi mövqe, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, həyata keçirilən irimiqyaslı layihələr sırasında bu dəhlizin yaradılması Azərbaycanın tranzit və yükdaşıma potensialından daha səmərəli və çoxşaxəli şəkildə istifadə edilməsinə geniş imkan yaradır. Dəhliz Hindistan, İran, Azərbaycan, Rusiya, Skandinaviya və Şimalı Avropa marşrutu üzrə fəaliyyət göstərəcək. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.07.2018) :
Aydın Gecə : +26+28 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0255 | Satış: 0.0271

Avro:
Alış: 1.9825 | Satış: 2.0424
AzTV TƏQDİM EDİR