Bölgələr

Göyçay rayonunda XII Nar bayramına start verilib

03-11-2017 | 12:22        

  

Göyçay rayonunda XII Nar festivalına start verilib. Bu festival öz zənginliyi və möhtəşəmliyi ilə əvvəlki illərdəkindən xeyli fərqlənəcək. Festival iştirakçılarına bir sıra yeniliklər də təqdim olunacaq. Nar Festivalında iştirak edən yerli və xarici turistlərin sayının ildən-ilə artdığını nəzərə alan Təşkilat Komitəsi bu il tədbirin ilk dəfə olaraq iki gün ərzində keçirilməsinə qərar verib. İki gün ərzində qonaqlar nar məhsulları sərgisi ilə tanış olacaqlar, nar abidəsi açılacaq, respublikanın tanınmış müğənnilərinin iştirakı ilə konsert proqramı təşkil ediləcək, nar istehsalı müəssisələrinə səfər reallaşdırılacaq. Bədii kollektivlərin çıxışları, müxtəlif müsabiqələr bayrama rəng qatacaq. Noyabrın 4-də isə Heydər Əliyev parkında nar və nar məhsullarının satış yarmarkaları, yerli musiqiçilərin iştirakı ilə konsert təşkil olunacaq, nardan hazırlanan müxtəlif əl işləri nümayiş etdiriləcək. Həmçinin şəhər stadionunda “AzNar” və “Neftçi” futbol komandaları arasında “Nar kuboku” uğrunda oyun keçiriləcək.