İdman

UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilib

03-11-2017 | 08:53        

  

Noyabrın 2-də futbol üzrə UEFA Avropa Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin IV turunun oyunları keçirilib.

12 qrupda ümumilikdə 24 matç oynanılıb.

Türkiyə təmsilçilərindən “Başakşehir” komandası doğma meydanda “Hoffenhaym”ı qəbul edib və görüş heç-heçə başa çatıb -1:1. “Konyaspor” klubu isə səfərdə Avstriyanın “Zalsburq” komandası ilə heç-heçə oynayıb – 0:0. Turun maraqlı görüşlərindən biri isə Almaniyada keçirilib. Qrupun autsayderi olan “Köln” klubu Belarusun “Bate” kollektivini 5:2 hesabı ilə məğlubiyyətə uğradıb. Rusiyanın “Lokomotiv” klubu isə öz meydanında gözlənilmədən Moldovanın “Şerif” komandasına məğlub olub - 1:2.

Digər görüşlər aşağıdakı kimi nəticələnib:

“A” qrupu

“Makkabi” (Təl-Əviv, İsrail) - “Astana” (Qazaxıstan) – 0:1

“Slaviya” (Praqa, Çexiya) - “Vilyarreal” (İspaniya) – 0:2

“B” qrupu

“Yanq Boyz” (İsveçrə)- “Dinamo” (Kiyev, Ukrayna) – 0:1

“Partizan” (Serbiya) - “Skenderbeu” (Albaniya) – 2:0

“C” qrupu

“Lüdoqorets” (Bolqarıstan) - “Braqa” (Portuqaliya) – 1:1

“D” qrupu

AEK (Yunanıstan) - “Milan” (İtaliya) -0:0

“Riyeka” (Xorvatiya) - “Austriya” (Avstriya) – 1:4

“E” qrupu

“Lion” (Fransa) - “Everton” (İngiltərə) – 3:0

“Apollon” (Kipr) - “Atalanta” (İtaliya) – 1:1

“F” qrupu

“Kopenhagen” (Danimarka) - “Zlin” (Çexiya) – 3:1

“G” qrupu

“Styaua” (Rumıniya) - “Hapoel” (Beer-Şeva, İsrail) – 1:1

“Viktoriya” (Plzen, Çexiya) - “Luqano” (İsveçrə) – 4:1

“H” qrupu

“Arsenal” (İngiltərə) - “Srvena Zvezda” (Serbiya) – 0:0

“I” qrupu

“Gimaraeş” (Portuqaliya) - “Marsel” (Fransa) – 1:0

“J” qrupu

“Herta” (Almaniya) - “Zarya” (Ukrayna) – 2:0

“Atletik” (İspaniya) - “Ostersun” (İsveç) – 1:0

“K” qrupu

“Latsio” (İtaliya) - “Nitsa” (Fransa) – 1:0

“Vitess” (Hollandiya) - “Zülte-Varegem” (Belçika) – 0:2

“L” qrupu

“Rusenborq” (Norveç) - “Zenit” (Rusiya) – 1:1

“Real Sosyedad” (İspaniya) - “Vardar” (Makedoniya) – 3:0.