Xarici xəbərlər

Ermənistanda ictimai nəqliyyatda gediş haqları artırılır

02-11-2017 | 14:09        

  

Gələn ilin yanvar ayından İrəvanda şəhər nəqliyyatında gediş haqları  artırılacaq. Hazırda tarif şurası bununla bağlı müzakirələr aparır. İrəvan merinin müavini Vaqe Nikoyan, indiyədək tətbiq olunan vahid qiymətin yanvardan etibarən hər istiqamətə görə dəyişəcəyini açıqlayıb.  Onun sözlərinə görə, minimum məbləq 200 dramdan, yəni 70 qəpikdən başlayacaq. Nikoyan deyir ki, əksər ölkələrdə şəhər nəqliyyatında müxtəlif qiymətlər tətbiq olunur. İrəvanın da bu qaydalara keçməsinin vaxtıdır. Mer müavinin fikirləri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. “Faktor” Tv sürücülər arasında sorğu keçirib. Respondentlər bildirirlər ki, qiymət artımından əvvəl iflic vəziyyətində olan şəhər nəqliyyatını yeniləmək lazımdır. Xətlərdə hələ də istismar müddəti bitmiş köhnə mikroavtobuslar fəaliyyət göstərir. Belə bir xidmətə görə vətəndaşlardan 200 dramdan artıq pul tələb olunması gülüncdür. Merin nümunə göstərdiyi ölkələrdə ictimai nəqliyyatı yüksək səviyyədədir. İrəvanda isə əhali hələ də köhnə avtobuslarla ünvana çatırlar. Avtobus sürücüləri deyirlər ki, 2013-cü ildə tarif şurası qiymətləri 100 dramdan 150 drama qaldıranda bunun mövcud problemləri aradan qaldırması üçün tətbiq olunduğunu açıqlamışdı. Amma 4 il ərazində heç nə dəyişmədi. “Joxovurd” qəzeti yazır ki,  nəqliyyat nazirliyinin sistemi yeniləməyə maddi gücü yoxdur. hazırda parlamentdə gedən 2018-ci ilin büdcə müzakirələrində də bu sahəyə toxunulmayıb. İrəvanda əhaliyə 20 il əvvəl istehsal olunmuş avtobuslar xidmət göstərir. Əyalətlərdə isə əksər nəqliyyat vasitələri sovet vaxtından qalmadır. Mətbuatda bu cür şəraitlə qiymətlərin yenidən artacağı təqdirdə bunun növbəti etiraz dalğasına səbəb olacağı bildirilir. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR