Xarici xəbərlər

Afinada miqrantlar parlament qarşısında etiraz aksiyası keçiriblər

02-11-2017 | 11:00        

Əksəriyyəti Suriyadan olan miqrantlar Afinada Yunanıstan parlamenti qarşısında nümayiş keçiriblər. Almaniyada yaşayan ailələri ilə bir araya gəlməkdə problemlərlə üzləşən miqrantlar prosesdəki ləngimələrdən narazılıqlarını ifadə ediblər. Bəzi etirazçılar aclıq aksiyasına başladıqlarını elan ediblər. Nümayiş iştirakçıları bildiriblər ki, bir ildən artıqdır Almaniyadakı ailə üzvlərinin yanına getməyi gözləyirlər. Bəzi yerli kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə Yunanıstanla Almaniya miqrant ailələrin yenidən bir araya gəlməsi prosesini ləngitməklə bağlı qeyri-rəsmi razılıq əldə ediblər. BMT-nin hesabatına əsasən Yunanıstanda əksəriyyəti Suriya, Əfqanıstan və İraqdan olan minlərlə qadın və azyaşlı miqrant ailələrinin yenidən birləşməsini gözləyir. Balkan marşrutunun bağlanması ilə əlaqədar 1 ildən artıqdır 60 minə yaxın miqrant Yunanıstanı tərk edə  bilmir.