Digər

Fransanın “Lopinion” portalı: “Bakı-Tbilisi-Qars dəmir yolu ilə Asiya Avropaya daha da yaxınlaşır”

01-11-2017 | 09:07        

  

Fransanın “Lopinion.fr” portalında “Bakı-Tbilisi-Qars dəmir yolu ilə Asiya Avropaya daha da yaxınlaşır” adlı məqalə dərc olunub.

Məqalədə Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimindən ətraflı bəhs edilir. Azərbaycan Prezidentinin və digər nüfuzlu qonaqların çıxışlarından sitatlar gətirilir.

Bildirilir ki, yeni dəmir yolu iki qitə arasındakı məsafəni daha da qısaltmağa imkan verəcək. Yük qatarları ilə bərabər, sərnişin qatarlarının da istismara buraxılacağı qeyd edilir.

Yazıda dəmir yollarının iqtisadiyyatın inkişafında mühüm rol oynadığı vurğulanır.