İdman

"Qarabağ" futbol klubu "Atletiko Madrid" komandası ilə oyun üçün artıq Madriddədir

30-10-2017 | 08:48        

  

Azərbaycan çempionu "Qarabağ" FK UEFA Çempionlar Liqasındakı növbəti oyununu keçirmək üçün İspaniyaya gəlib.

Madridin Adolfo Suares Barajas hava limanında komandamızı azarkeşlər və diplomatlarımız qarşılayıblar. Azərbaycanın İspaniyadakı səfirliyi tərəfindən "Qarabağ" komandasının geyimləri və atributları ilə təmin edilmiş həmvətənlərimiz komandanı şüarlar və alqışlarla qarşılayıblar.

Xatırladaq ki, "Atletiko Madrid" - "Qarabağ" qarşılaşması oktyabrın 31-də, Madridddəki "Vanda Metropolitano" stadionunda keçiriləcək. İspaniyanın bütün bölgələrindən Madridə axışan azərbaycanlılar komandamıza dəstək olacaqlar.