Xarici xəbərlər

Ermənistanda tələbələrin etirazı davam edir

27-10-2017 | 13:24        

  

Ermənistan Parlamenti Müdafiə Nazirliyinin hərbi xidmətdən möhlət hüququnun ləğv olunması ilə bağlı təklifini rəsmiləşdirib. Qanunverciliyə edilən bu dəyişiklik cəmiyyət tərəfindən narazılıqla qarşılanıb. Ali məktəb tələbələri Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçirərək hökumət əleyhinə şüarlar səsləndiriblər. 

İrəvan Dövlət Universitetinin tələbələri bir neçə gündür ki, aksiya keçirirlər. Ermənistan Parlamenti Müdafiə Nazirliyinin hərbi xidmətdən möhlət hüququnun ləğv olunması ilə bağlı təklifini rəsmiləşdirdikdən sonra digər ali təhsil müəssisələrinin tələbələri də etirazçılara qoşulublar. Müdafiə nazirliyinin binası qarşısında toplaşanlar nazir Vigen Sarkisyanın istefasını tələb edblər. Hokumət əleyhinə də şüarlar səsləndirən etirazçılar deyirlər ki,  indiyədək hərbi xidmətdən 3 illik möhlət götürmək hüquqları var idi. Bunun ləğvi isə onların əleyhinədir. Çünki, heç kim əsgərlikdən qayıtdıqdan sonra ali təhsil almaq istəməyəcək. Müdafiə Nazirliyindən isə qərarın daha dəyişməyəcəyi bildirilib. Etirazçılar hökumət bu addımı hərbi xidmətə göndərməyə əsgər tapmadığı üçün atdığını bəyan edib. Ailələrin böyük əksəriyyəti oğullarını orduya yazdırmaqdansa ölkə xaricinə qaçırmağa üstünlük verirlər. Nəticədə hər il çağırışçıların sayı azalır. Müdafiə nazirliyi möhlət hüququnun ləğvi ilə problemi ört-basdır etməyə çalışır.  Ermənistan Parlamentinin Müdafiə Nazirliyinin hərbi xidmətdən möhlət hüququnun ləğv edilməsi ilə bağlı təklifi deputatların da etirazına səbəb olub. “Yelk” partiyası nazir  Vigen Sarkisyanın çıxışını  kəskin tənqid edib. Onu səriştəsizlikdə  günahlandırıb. Deputatlar nazirə hərbi sahə ilə bağlı yeni qanunvericiklikdə kifayət qədər boşluq olduğunu deyiblər. Etirazlara baxmayaraq, Müdafiə Nazirliyinin hərbi xidmətdən möhlət hüququnun ləğvi ilə bağlı təklifi  parlamentdə qəbul edilib. 

"Xəbərlər", Azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0255 | Satış: 0.0271

Avro:
Alış: 1.9825 | Satış: 2.0424
AzTV TƏQDİM EDİR