Xarici xəbərlər

Kiyevdə törədilən terror aktı nəticəsində 1 nəfər ölüb, 4 adam yaralanıb

26-10-2017 | 15:12        

  

Ukraynanın paytaxtı Kiyevdə terror aktı törədilib. “Espresso” telekanalının redaksiyası qarşısında minalanmış motosikletin partladılması nəticəsində 1 nəfər ölüb, 4 adam müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar arasında Ali Radanın deputatı İqor Mosiyçuk da var. Ölən şəxsin onun mühafizəçisi olduğu bildirilir. Partlayışın gücündən ətrafdakı yaşayış evlərinin pəncərələri sınıb. Hüquq-mühafizə orqanları partlayışı terror aktı kimi qiymətləndirir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.02.2019) :
Azbuludlu Gecə : +3+5 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR