Mədəniyyət

“Euronews” telekanalı Bakı Beynəlxalq Caz festivalı ilə bağlı süjet yayımlayıb

26-10-2017 | 12:01        

  

“Euronews” telekanalı Bakı Beynəlxalq Caz festivalı haqqında  süjet yayımlayıb. Reportaj Qvineyanın tanınmış caz ifaçısı Seku Kuyatı klassik və müasir caz nümunələrinin ifasiyla ifa başlayır. Telekanalın jurnalisti Volfanq Şpindler bildirir ki, Bakı Caz Festivalı Avropa Assosiasiyasının yüksək statuslu üzvü olub. reportajda Bakı Caz festivalının direktorlarının müsahibəsi də yer alıb. Qeyd olunur ki, Bakıda cazın müxtəlif növləri nümaiş olunur: Fank-cazdan etnocazadək.

Seku Kuyatı kora Afrika simli alətlərinin ən yaxşı ifaçısı hesab olunur. Onun atası da məşhur musiqiçi olub.  Müsiqi ənələrini dəyişmək istəmiyən Seku Kuyatı deyir ki, onun arzusu Afrika musiqisinə yeni yol açmaqdır. Vurğulanır ki, oktyabrın 28-dək davam edəcək festivalda Almaniya, ABŞ, İsveçrə, İsveç, Niderland, İsrail, Türkiyə, Norveç, Kolumbiya, Qvineya, Meksika, Polşa, habelə Azərbaycanın caz kollektivləri iştirak edəcək. Sujetin sonunda  Volfanq Şpindler deyir ki, bu il Caz Festivalının proqramı həqiqətən də möhtəşəmdir.