Xarici xəbərlər

“Breksit”lə bağlı yekun razılaşma Böyük Britaniya parlamentində səsverməyə çıxarılacaq

26-10-2017 | 11:02        

  

Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı yekun razılaşma ölkə parlamentində səsverməyə çıxarılacaq. Bu barədə Britaniyanın “Breksit” məsələləri üzrə naziri Devid Devisin mətbuat katibi məlumat verib. O bildirib ki, razılaşma əldə olunan kimi parlamentin hər iki palatasında səsvermə keçiriləcək. Bu Avropa Parlamentindəki səsvermədən əvvəl, ölkə ittifaqı tərk edənə qədər olacaq. Britaniya hökuməti Avropa İttifaqından çıxmaqla bağlı bütün prosedurları 2019-cu ilin martınadək tamamlamağı planlaşdırır.