Xarici xəbərlər

Ermənistanın dövlət borcları artır

25-10-2017 | 14:07        

  

Bütün sahələrdə iflasa uğrayan Ermənistanın dövlət borcları rekord həddə çatıb. Yürütdüyü işğalçılıq siyasəti ilə ölkəni təcrid vəziyyətinə salan cinayətkar rejim  isə yaranan problemi həll edə bilmir.

“Bizim borclarımız iqtisadiyyatdan 5 dəfə tez artır”. Bu haqda “Armtayms” xəbər portalı yazır. Bildirilir ki, dövlət büdcəsinin təhlili zamanı Ermənistanın daxili və xarici borclarının yüksək templə artdığı müəyyən olunub. 2009-cu ildən indiyədək Ermənistanın borcları 5,9 milyard dollara çatıb. Bu isə bütün sahələrdə böhran yaşayan işğalçı ölkəni defolt həddinə çatdırıb. Ermənistanın maliyyə naziri Vardan Aramyanın sözlərinə görə  borcları qaytarmaq iqtidarında deyillər. Bunun üçün ölkə güclü iqtisadiyyata sahib olmalıdır. Ermənistan isə illərdir böhran içlərisindədir. 2020-ci ilədək xarici borclarının 1 milyardı qaytarılmalıdır. Maliyyə naziri deyib ki, o vaxta qədər gözləməkdən başqa çarə yoxdur. Əksinə, hakimiyyət xərclərini ört-basdır etmək, büdcədəki kəsrin qarşısını almaq üçün yeni kreditlər almaq niyyətindədir. Bunun nəticəsində də gələn il Ermənistanın dövlət borcu 7 milyard dolları keçə bilər. Bu barədə açıqlamanı da maliyyə naziri Vardan Aramyan verib. Ekspertlər iddia edilər ki, götürülən növbəti kreditlərdən   əhaliyə yenə heç nə çatmayacaq. Çünki gələn il də Ermənistanda pensiya, sosial  ödəniş və maaşlarda artım gözlənilmir. Bu ölkənin oktyabrın 3-də təsdiqlənən dövlət büdcəsi layihəsində də əksini tapıb. Statistika xidmətinin son məlumatına görə, isə ölkədə istehlak səbətinin dəyəri  51 min 200 dramdır.  Bu isə o deməkdir ki, təqaüdçülər pensiya hesabına cəmi 3-4 gün yaşaya biləcəklər. Bütün bunlar hakimiyyəti elə də narahat etmir. “Borcu olmayan, büdcə kəsri qeydə alınmayan dövlət yoxdur”, deyə maliyyə naziri Vardan Aramyan bildirib. Pensiya və ödənişlər isə ölkənin öz iqtisadiyyatını stabilləşdirməsindən sonra arta bilər.

"Xəbərlər", Azərbaycan Televiziyası