Xarici xəbərlər

Şimali Karolina ştatında qasırğa ciddi fəsad törədib

24-10-2017 | 15:27        

  

ABŞ-ın Şimali Karolina ştatında qasırğa ciddi fəsad törədib. Ştatın qərbindəki bir neçə dairədə güclü külək ağacları aşırıb, elektrik dirəklərini zədələyib. Ev və tikililərə ciddi ziyan dəyib. Qasırğa leysan və torpaq sürüşməsinə də səbəb olub. Bir neçə yolda nəqliyyatın hərəkəti iflic olub. 100 000-ə yaxın evin elektrik təchizatı kəsilib.