Xarici xəbərlər

Jan-Klod Yunker “Breksit” danışıqları ilə bağlı yayılan məlumatları təkzib edib

24-10-2017 | 12:07        

  

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker “Breksit” danışıqları ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib. Qurum rəhbəri bildirib ki, oktyabrın 16-da keçirilmiş işçi naharda Böyük Britaniyanın baş naziri Tereza Meyin yardım istəməsi ilə bağlı yayılan məlumatlar doğru deyil. Jan-Klod Yunker baş nazirlə keçirdiyi görüşdən sonra Almaniya mətbuatına açıqlama vermədini qeyd edib. Avrokomissiya prezidenti bildirib ki, tərəflər razılığa gəlməsələr də, sözügedən görüş yaxşı keçib. Onun sözlərinə görə razılıq əldə olunması üçün ilk növbədə Avropa İttifaqına üzv ölkələrdə yaşayan britaniyalıların və Britaniyada yaşayan avropalılarla bağlı problem öz həllini tapmalıdır. Qeyd edək ki, Almaniyanın   “Frankfurter Allgemeine Sonntagszeitung” qəzetinin yaydığı məlumata görə Tereza Mey Avropa Komissiyasının rəhbərinə “Breksit”lə bağlı güzəştli razılaşma təklif edərək ondan yardım etməsini xahiş edib.