İqtisadiyyat

Daşınmaz Əmlakın Reyestri Xidmətinin ərazi idarələri bazar ertəsi günü də işləyəcək

23-10-2017 | 16:29        

  

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin ərazi idarələri yeni iş rejiminə keçib. Belə ki, ərazi idarələri artıq bazar ertəsi günü də işləyəcək.

Komitədən bildirilib ki, ƏMDK fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə operativliyə, şəffaflığa, vətəndaş məmnunluğuna, əlçatanlığın artırılmasına xüsusi önəm verir. Komitə daşınmaz əmlakın qeydiyyatı sahəsində də müraciətlərdə vətəndaşa diqqət və qayğının göstərilməsi, iş prinsipinin təkmilləşdirilməsi, iş prosesinin aktivliyi, elektron xidmətlərin sayının çoxaldılması kimi məsələləri ön planda saxlayır. Vətəndaşların müraciətlərinə vaxtında baxılmasına, operativ həll edilməsinə xüsusi diqqət göstərir. Bu amala xidmət edən komitə daşınmaz əmlakın qeydiyyatı sahəsində də vətəndaş məmnunluğuna yönələn daha bir fərqliliyə imza atıb.

Belə ki, xidmətin qeydiyyat ərazi ofisləri bazar ertəsini də iş günü kimi elan edir. Başqa sözlə, vətəndaş həftənin birinci günləri də bu ofislərə yaxınlaşaraq əmlakın qeydiyyat prosedurlarını yerinə yetirə bilərlər.

Qeyd edək ki, əvvəllər bazar ertəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri üçün istirahət günü kimi müəyyən olunurdu.

Vətəndaşlara əlavə olaraq daha bir gün də xidmətin göstərilməsi çevikliyin artırılmasına, daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə, rahatlığın təmin olunmasına imkan verir. Eyni zamanda, əhaliyə bazar ertəsi də daxil olmaqla, xidmətin göstərilməsi onların vaxtına qənaət edəcək.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR