İdman

Topaz Premyer Liqası: “Qəbələ” “Qarabağ”ı minimal hesabla məğlub edib

23-10-2017 | 10:10        

  

Azərbaycan Premyer Liqasının IX turunun son qarşılaşmasında “Qəbələ” doğma meydanda “Qarabağ”ı qəbul edib.

Qəbələ Şəhər Stadionunda baş hakim Ömər Paşayevin idarə etdiyi matçın səkkizinci dəqiqəsində Asif Məmmədovun qolu ilə hesabı meydan sahibləri açıb. Oyunun ilk hissəsi bu hesablada başa çatıb.

İkinci hissə qarşılıqlı hücumlar şəraitində keçsə də hesab dəyişməyib.

Bu oyundan sonra "Qarabağ" və "Qəbələ" komandalarının hər birinin 19 xalı var.

Turnir cədvəlinə isə "Qarabağ" başçılıq edir. "Qəbələ" isə bu oyunda aktivinə üç xal əlavə edərək ikinci pilləyə yüksəlib. Üçüncü yerdə 18 xalla "Zirə" qərarlaşıb.

Turnir cədvəlində digər pillələrdə müvafiq olaraq "Sumqayıt" (13), "Neftçi" (10), "Səbail" (9), "İnter" (8) və "Kəpəz"(4) yer alıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (27.04.2018) :
Aydın Gecə : +9 +11 | Gündüz: +21 +23
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0253 | Satış: 0.0269

Avro:
Alış: 2.044 | Satış: 2.1174
AzTV TƏQDİM EDİR