İqtisadiyyat

“Tax free”dən 9 ayda 7598 turist yararlanıb

20-10-2017 | 15:54        

  

2017-ci ilin 9 ayı ərzində “Tax Free” sisteminə qoşulmuş vergiödəyicilərinin sayı 70, sistem çərçivəsində fəaliyyət göstərən obyektlərin sayı isə 338 olub.

Xidmətdən 7598 turist istifadə edib, verilmiş fakturaların sayı 17 min 76 ədəd olub. Həyata keçirilən əməliyyatın məbləği 38 milyon 791min 734,8 manat, geri qaytarılan ƏDV-nin məbləği isə 2 milyon 260 min 602,1 manat təşkil edib.

Həmçinin qeyd olunub ki, “Tax Free” sisteminin bütün zəruri məlumatlarını özündə əks etdirən “www.taxfree.az” internet saytı da fəaliyyət göstərir. Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən səhifə vasitəsilə “Tax free” sistemi şamil olunmayan mallar və şəxslər, sistemə qoşulmaq istəyən vergiödəyicilərinə olan əsas tələblər, qeydiyyata alınmış təsərrüfat subyektlərində malların satışının rəsmiləşdirilməsi prosedurları, sistemə qoşulmuş təsərrüfat subyektləri barədə yenilənmiş məlumatlar və obyektlərinin ünvanlarını əldə etmək mümkündür.

Bundan başqa, saytda əcnəbi və vətəndaşlığı olmayan şəxsə qaytarılacaq məbləğin hesablanması üçün xüsusi kalkulyator da yerləşdirilib.