İdman

“Qarabağ” “Atletiko Madrid”i qəbul edəcək

18-10-2017 | 16:14        

  

Oktyabrın 18-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunun növbəti oyunları keçiriləcək.

Turun ikinci günündə “A”, “B”, “C” və “D” qruplarında səkkiz görüş oynanılacaq.

“C” qrupunda yer alan “Qarabağ” doğma meydanda “Atletiko Madrid”i qəbul edəcək. Qrupun digər oyununda isə “Roma” səfərdə “Çelsi”nin qonağı olacaq .

Günün digər oyunları aşağıdakılardır:

“A” qrupu

“Benfika” (Portuqaliya) – “Mançester Yunayted” (İngiltərə)

ÇSKA (Rusiya) – “Bazel” (İsveçrə)

 

“B” qrupu

“Bavariya” (Almaniya) – “Seltik” (Şotlandiya)

“Anderlext” (Belçika) – PSJ (Fransa)

“C” qrupu”

“Qarabağ” (Azərbaycan) – “Atletiko Madrid” (İspaniya)

“Çelsi” (İngiltərə) – “Roma” (İtaliya)

“D” qrupu

“Yuventus” (İtaliya) – “Sportinq” (Portuqaliya)

“Barselona (İspaniya) – “Olimpiakos” (Yunanıstan).