Xarici xəbərlər

Moskvada 100-ə yaxın insanı öldürməkdə şübhəli bilinən erməni tutulub

18-10-2017 | 15:47        

  

Moskvada 100-ə yaxın insanı zəhərləyək öldürdüyü ehtimal olunan Ermənistan vətəndaşı həbs edilib. Vahan Karapetyan adlı taksi sürücüsü hələlik təkcə jurnalist Artur Bitovu qətlə yetirməkdə ittiham olunur. Həmin qətl hadisəsi ilə əlaqədar aparılan təhqiqat nəticəsində istintaq Karapetyanın izinə düşüb.

Ermənistan vətəndaşının evində aparılan axtarış zamanı çoxlu sayda neyroleptik dərman olan “Klazopin” tapılıb. İstintaqın ehtimalına görə, sürücü sərnişinlərinə suya qatılmış uyuşdurucu verdikdən sonra onları öldürüb qarət edirmiş. Onun evindən, həmçinin xeyli sayda qol saatı və mobil telefon aşkarlanıb.