İqtisadiyyat

TAP marşrutu üzrə Yunanıstan və Albaniyada boruların 55 faizi xəndəyə endirilib

18-10-2017 | 13:11        

  

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” qaz boru kəmərinin Yunanıstan və Albaniya marşrutunda boruların 55 faizi xəndəyə endirilib. Boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində 430 kilometr uzunluğunda boru qaynaq olunub. Hazırda TAP-ın keçdiyi ölkələrdə ümumilikdə 5 min 500 nəfər işçi çalışır. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə Yunanıstanın Şərq, Albaniyanın isə Qərb bölgəsində ümumilikdə iki kompressor stansiyasının tikintisi davam etdirilir. Həmçinin Albaniyanın şərqində bir ölçmə stansiyası da inşa olunur.