Xarici xəbərlər

Avropa Birliyi Ermənistandan “Metsamor” AES-in dərhal bağlanmasını tələb edir

18-10-2017 | 12:10        

  

Ermənistan  “Metsamor” AES-nın  fəaliyyətini dayandırmalıdır.  Bunu rəsmi İrəvandan Avropa Birliyi  tələb edir. İqtisadçılar, hərbçilər, müxtəlif düşərgələrdən olan siyasətçilər bildirirlər ki, bu, Ermənistanı yeni energetika böhranına düçar edəcək. Erməni ekspertlərin fikrincə, AB-nin AES-in bağlanması tələbinin arxasında Ermənistanın mövqelərini zəiflətmək və onu 1990-cı illərin əvvəlinin qaranlıq və soyuq günlərinə qaytarmaq niyyəti dayanır. Ermənistana müasir texnologiyalı yeni atom enerjisi blokunun tikintisi təklif olunub. Hökumət isə bunun 5 milyard dollara başa gələcəyini, bu məbləğin isə  ölkənin büdcəsinə uyğun rəqəm olmadığını bildirir.  Bir müddət əvvəl ABŞ hökuməti də Metsamorun dünyanın ən təhlükəli atom elektrik stansiyalarından biri olduğunu açıqlayıb.  Mütəxəssislər istənilən beynəlxalq nüvə təhlükəsizliyi standartları baxımından bu stansiyanın dünya və region üçün böyük risk olduğu  qənaətindədirlər. Stansiya 9 ballıq seysmik zonada yerləşir. Bu gücdə zəlzələ baş versə, Metsamor AES yeraltı təkanlara davam gətirməyəcək. Digər təhlükə isə, Metsamor AES-in daxili qoruyucu örtüyünün olmamasıdır ki, hər hansı qəza anında atom zərrəcikləri birbaşa atmosferə ötürüləcək.