İqtisadiyyat

Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox birbaşa yatırım edən ölkələrdəndir

18-10-2017 | 09:49        

  

Bu ilin 8 ayı ərzində Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox birbaşa investisiya yatıran ölkələrdən olub.

Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycan qardaş ölkənin iqtisadiyyatına 355 milyon dollar investisiya yatırıb.

Hollandiya (1 milyard 501 milyon dollar), İspaniya (1 milyard 046 milyon dollar) və Avstriya (308 milyon dollar) da qonşu ölkəyə ən çox birbaşa investisiya yatıran ölkələrdir. Belçika, Almaniya, Yaponiya, İngiltərə, Çin və ABŞ-ın yatırdığı birbaşa investisiyanın həcmi 100 milyon dollardan çox olub.

Bu ilin əvvəlindən Rusiya Türkiyəyə birbaşa investisiya yatırmayıb. Ötən ilin müvafiq dövründə Rusiya Türkiyəyə 259 milyon dollar investisiya qoymuşdu.

Qeyd edək ki, bu ilin ilk 8 ayı ərzində Türkiyə iqtisadiyyatına yatırılan birbaşa investisiyaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,8 faiz artaraq 4 milyard 851 milyon dollar təşkil edib.