Xarici xəbərlər

Rohinca qaçqınlarının sayı kəskin şəkildə artıb

17-10-2017 | 15:03        

  

Avqustun 25-dən başlayaraq Myanmadan Banqladeşə qaçan arakanlı müsəlmanların sayı 582 min nəfərə çatıb.

Bu barədə BMT-nin qaçqınların işləri üzrə ali komissarı idarəsinin mətbuat xidməti məlumat yayıb. “Bizdə olan məlumata görə, avqustun 25-dən indiyədək qaçqınların sayı 582 min nəfər təşkil edir”, - deyə mətbuat katibi Andrey Maxeçiç bildirib. Eyni zamanda, Beynəlxalq Miqrasiya Təşkilatı avqustun sonlarından Koks-Bazara 537 min rohinca müsəlmanlarının gəldiyi, bununla da Banqladeşdəki qaçqınların sayının 800 min nəfəri ötdüyü barədə məlumat verib.

Xatırladaq ki, Myanmanın qərbində rohinca xalqına məxsus müsəlmanların yaşadığı Rakhayn ştatında hərbçilərin və silahlıların hücumları nəticəsində minlərlə insan vəhşicəsinə qətlə yetirilib, 200-ə yaxın yaşayış məntəqəsi dağıdılıb. 1970-ci illərdən bəri davam edən müntəzəm hücumlar və etnik təmizləmələr nəticəsində Myanmada yaşayan 2 milyondan çox müsəlmanların 84 faizi qonşu ölkələrə sığınmağa məcbur olub.