Xarici xəbərlər

Kataloniyanın müstəqilliyi hərəkatının iki fəal üzvü həbs olunub

17-10-2017 | 11:55        

  

Kataloniyanın müstəqilliyi hərəkatının iki fəal üzvü həbs olunub. Kataloniya Milli Assambleyasının prezidenti Jordi Sançes və “Omnium Cultural” təşkilatının rəhbəri Jordi Kuişar qiyama təhrik etməkdə şübhəli bilinirlər. Məhkəmə onlar barəsində həbs qətimkan tədbiri seçib. Qərara əsasən adıçəkilən şəxslər girov müqabilində azad edilə bilməzlər. Sançes və Kuişarın həbsinə münasibət bildirən Kataloniya regional hökumətinin rəhbəri Karles Puçdemon qeyd edib ki, bu, onların müstəqillik istəyini daha da gücləndirir. İspaniya qanunvericiliyinə əsasən qiyama çağırışa görə 15 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Sözügedən həbslər Barselonada narazılığa səbəb olub. Kataloniya hökumətinin qərargahı qarşısında təşkil olunmuş etiraz aksiyasında 200-ə yaxın adam iştirak edib. Aksiya iştirakçıları həbsləri təzyiq kimi qiymətləndiriblər.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.12.2018) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR