Cəmiyyət

2011-ci ildə ölkədə təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulub

27-01-2011 | 18:20        

  


 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfinfən  Nəsli  kəsilməkdə olan heyvan və bitki ailəmini mühavizə məqsədi ilə  həyata keçirilən tədbirlər bu ildə davam etdiriləcək. Ölkədə təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi də nəzərdə tutulub.

Azərbaycanda ümumi sahəsi 89 min 60 hektar  xüsusi mühafizə olunan təbiət ərazisi, o cümlədən, 8 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsini  genişləndirmək niyyətindədirlər. Tədbirlər planına  reablitasiya mərkəzlərinin yaradılması da daxildir.  Hazırda ölkəmizin 9.7 ərazisi xüsusi qorunur. Yasaqlıqlarda nəsli kəsilməkdə olan bitki və heyvanlar məskunlaşıb. Ümumilikdə ölkəmizdə 14 min 645 heyvan növü mövcuddur. Onlardan 108 növünün adı “Qırmızı kitab”a salınıb. Kitabın nəşri ilə bağlı görülən işlər artıq yekunlaşma üzrədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən  nəsli  kəsilməkdə olan heyvan və bitki aləminin mühafizəsi məqsədi ilə  həyata keçirilən tədbirlər bu ildə davam etdiriləcək.