İqtisadiyyat

Sahibkarlar Minskdə işgüzar görüşlərdə iştiraka dəvət olunurlar

16-10-2017 | 08:49        

  

zərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları Minskdə keçiriləcək beynəlxalq forumda iştiraka dəvət olunurlar.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər ki, MDB iştirakçı dövlətlərinin oktyabrın 26-27-də Minsk şəhərində maliyyə-bank sahəsinə həsr olunmuş "Minsk işgüzar görüşləri" adlı beynəlxalq forumu keçiriləcək. Forumda milli (mərkəzi) bankların və birjaların, maliyyə institutlarının, bank birləşmələrinin nümayəndələrinin, o cümlədən MDB-yə üzv dövlətlərin innovasiya və investisiya şirkətlərinin rəhbərlərinin iştirakı gözlənilir.