Xarici xəbərlər

Ermənistanda hər il çağırış yaşına çatmış 2000-ə yaxın oğlan uşağı ölkədən çıxarılır

13-10-2017 | 10:49        

  

Üzləşdiyi dərin böhrandan illərdir çıxış yolu tapa bilməyən Ermənistan hərbi sahədə də iflasa uğrayıb. Maliyyə problemləri səbəbindən işğalçı ölkə ordusunda kütləvi ixtisarlar başlayıb.Bundan başqa orduya inamsızlıq ucbatından, hər il çağırış yaşına çatmış 2000-ə yaxın oğlan uşağı ölkədən çıxarılır.

Ermənistanın Vanadzor şəhərində yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçular və mülki işçilər həyacan içindədirlər. Onlar hər an işlərini itirmək qorxusu ilə üz-üzədirlər. Ermənistan Müdafiə Nazirliyi  bütün hərbi hissələrdə kütləvi ixtisarlara başlamağı qərara alıb. Əsasən də nazirliyin tabeliyində olan istehsal sahələrində çalışanlar təşvişə düşüblər. Bildirilir ki, ixtisarlar əsasən fəhlə və mülki işçilərə şamil ediləcək. Bəzi hərbçilərə isə digər şəhərlərə köçürülürlər. Onlar isə buna razı deyillər. Çünki cüzi əmək haqqı başqa şəhərlərdə kirayə qalmaq və digər xərcləri təmin etmir. Məlumatlara görə, Ermənistanda yerləşən hərbi hissələrdə optimallaşdırma işləri çoxdan başlayıb. Nəticədə hər hərbi hissədən 30-50 nəfər ixtisara düşüb. Vanadzorda yerləşən hərbi hissələrdə isə ixtisar olunan işçilər siyahısında 300-ə yaxın adamın adı var. Mülki işçilərin sözlərinə görə, onlara işdən azad edilmələri barədə xəbərdarlıq olunub. Bildirilib ki, oktyabrın 20-də bununla bağlı ümumi əmr veriləcək. Ermənistan Milli Konqresinin parlament fraksiyasının rəhbəri Aram Manukyan isə deyib ki, Müdafiə nazirliyi ixtisarlara maliyyə çatışmazlığı səbəbindən başlayıb. Daha bir problem isə hərbi hissələrdə əsgər sayının az olması ilə bağlıdır. Çünki Ermənistanda hər il çağırış yaşına çatmış 2000-ə yaxın oğlan uşağı ölkədən çıxarılır. Ailələr övladlarını əsgər kimi görmək istəmirlər. Bu səbəbdən yetkinlik yaşına çatanda onları  Ermənistandan uzaqlaşdırmağa çalışırlar. İşğalçı ölkədə vətəndaşların Müdafiə Nazirliyinə inamı yoxdur. Helnsiki Vətəndaş Assableyasının Vanadzor Ofisinin rəhbəri Artur Sakutsun məlumatına görə, bunun əsas səbəbi hərbi hissələrdə artan  ölüm hallarıdır. 2015-ci ildə 80, 2016-cı ildə 160 hərbi qulluqçu öldürülüb. Bu da valideynləri övladlarını əsgərlikdən yayındırmağa vadar edir.

"Xəbərlər", Azərbaycan Televiziyası