Xarici xəbərlər

Ermənistanda məhdud sayda yaşayan yezidilər də hökumətdən narazıdırlar

12-10-2017 | 12:25        

  

Ermənistan vətəndaşları kimi bu ölkədə yaşayan yezidilər də hökumətdən şikayətçidirlər. Etnik qurupun nümayəndələri İrəvanda toplaşaraq mitinq keçiriblər. Onların tələbi addımbaşı pozulan hüquqlarının bərpası ilə bağlıdır. Epress.armenian xəbər portalının məlumatlına görə yezidilərin övladları Ermənistanda məktəbə getməkdən məhrumdurlar. Armavir vilayətinin 5 kəndində 32 uşaq təhsildən kənarda qalıb. Onların 19-u qızdır. “Yezidilərin milli birliyi”-nin rəhbəri Boris Murazi bunun səbəbini erməni uşaqların onların övladlarına yad münasibət bəsləməsi ilə əlaqələndirir. Bildirir ki, müəllimlər də yezidilərin təhsil almasında maraqlı deyillər. Halbuki onlar da bu ölkənin vətəndaşlarıdırlar və konstitusiyaya əsasən ermənilərlə bərabər hüquqlara sahibdirlər. Lakin Ermənistan höküməti bu məsələdə də çirkin siyasətindən əl çəkmir. Hətta bir müddət əvvəl Avropa Şurası yezidilərin hüquqlarının qorunması ilə bağlı işğalçı ölkəyə xəbərdarlıq edib. Çünki Ermənistan, Regional və milli azlıqların dilləri barədə Avropa Xartiyasına dair  üzərinə  öhdəliklər götürüb. Lakin illərdir bu tələb  də yerinə yetirilmir.  Etirazçılar bildirirlər ki, ölkədə onsuz da məhdud sayda qalıblar. Son 20 ildə onların böyük qismi Ermənistanı tərk edib. Çünki burada heç bir perspektiv yoxdur. Uşaqlarının təhsil ala bilməməsi isə savadsızlığı daha da artırır və onları köklərindən uzaq salır.