Xarici xəbərlər

Dəməşqdə terror aktı nəticəsində 2 nəfər həlak olub, 10 adam yaralanıb

12-10-2017 | 11:12        

  

Suriyanın paytaxtı Dəməşqdə terror aktı törədilib. Polis qərargahı qarşısında 2 terrorçu-intiharçı şəhid kəmərlərini işə salıb. Daha bir terrorçu isə eyni küçədə bazarın girişində özünü partladıb. Partlayışlar nəticəsində  2 nəfər həlak olub, 10 adam yaralanıb. Hücumlara görə məsuliyyəti “İŞİD” qruplaşması üzərinə götürüb. Bu son 1 ay ərzində Dəməşqdə törədilən ikici terror aktıdır. Bu arada Suriyanın şərqində Raqqa şəhərinin terrorçulardan azad edilməsi əməliyyatı davam edir. Şəhərdə 400-ə yaxın “İŞİD”çi mühasirəyə düşüb. Deyr-əz-Zor şəhərinin döyüş zonalarından isə minlərlə dinc sakin qaçmaq məcburiyyətindədir. ƏL-Hasaki yaşayış məntəqəsindəki qaçqın düşərgəsində 27 minə yaxın adam yerləşdirilib. Düşərgədəki yaşayış şərtləri kifayət qədər ağırdır.