İqtisadiyyat

TAP-ın Yunanıstan və Albaniya marşrutunda 519 kilometr boru artıq qaynaqlanıb

12-10-2017 | 10:13        

  

“Trans-Adriatik” qaz boru kəmərinin 765 kilometrlik  Yunanıstan və Albaniya marşrutunda 519 kilometr boru artıq qaynaqlanıb. Ümumilkdə isə layihənin 57 faizi icra edilib. Hazırda TAP-ın keçdiyi ölkələrdə ümumilikdə 5500 işçi çalışır. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Yunanıstanın şərqində - Kipoidə, digəri isə Albaniyanın qərbində - Fieridə olmaqla ümumilikdə iki kompressor stansiyasının tikintisi davam etdirilir. Həmçinin Albaniyanın şərqində Bilişt regionuna yaxın ərazidə bir ölçmə stansiyasının inşası aparılır. Ümumi dəyəri 4 milyard 500 milyon avro olacaq  layihə  vasitəsilə  “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır. Bu ilin ilk rübündə layihə üzrə kompressor stansiyalarının tikintisinə də başlanılacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.