İqtisadiyyat

“Azəriqaz” bu il “ASAN xidmət” vasitəsilə 104 min istehlakçıya xidmət göstərib

10-10-2017 | 11:32        

  

“Azəriqaz” İstehsalat Birliyi bu il “ASAN xidmət” vasitəsilə 104 min 187 istehlakçıya xidmət göstərib.

Birlikdən bildirilib ki, “Azəriqaz” cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib. Cari ilin 9 ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN kommunal” mərkəzinə, eləcə də 1, 2, 3, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “ASAN səyyar” xidmətinə, həmçinin Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 104 min 187 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəriqaz” bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.