İqtisadiyyat

Azərbaycan məhsulları beynəlxalq ərzaq sərgisində nümayiş olunacaq

06-10-2017 | 10:14        

  

“Made in Azerbaijan” məhsulları beynəlxalq ərzaq sərgisində nümayiş olunacaq. Oktyabrın 7-dən 11-dək yerli məhsullar növbəti dəfə vahid ölkə stendi ilə Almaniyanın Köln şəhərində keçiriləcək Beynəlxalq Ərzaq Sərgisində təqdim ediləcək. Sərgidə ölkəmizin  21 şirkətinin meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, fındıq, meyvə, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları nümayiş olunacaq. “Made in Azerbaijan” brendinin xarici bazarlarda təbliği məqsədilə indiyədək yerli məhsullar Birləşmiş Ərəb Əmirliklərinin Dubay, Almaniyanın Düsseldorf, Rusiyanın Moskva şəhərində keçirilən beynəlxalq sərgilərdə vahid ölkə stendi ilə nümayiş olunub, xarici ölkələrə 8 ixrac missiyası təşkil edilib.