Bakı vaxtı : 
Rəsmi xronika

Prezidentin mətbuat xidmətinin məlumatı

 

 

Oktyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası hökumətinin sədri Vladimir Putinə telefonla zəng edib. Dövlətimizin başçısı Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində uğurlar və möhkəm can sağlığı  arzulayıb. Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Hökumətinin sədri Vladimir Putin ölkələrimiz arasında dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.