İdman

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan–Çexiya oyunu keçiriləcək

05-10-2017 | 13:53        

  

2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan–Çexiya oyunu keçiriləcək.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq qarşılaşmanı fransalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Benoit Millot olacaq. Ona həmyerliləri Julien Pacelli və Bertrand Jouannaud kömək edəcəklər. Dördüncü hakim funksiyasını Frank Şneider yerinə yetirəcək.

Qarşılaşmanın hakim-inspektor estoniyalı Are Habicht, komissarı isə isveçrəli Romano Clavadetşer olacaq.

Qeyd edək ki, millimizin yer aldığı "C" qrupunda Almaniya 24 xalla vahid liderdir. Şimali İrlandiya 19 xalla ikinci, Azərbaycan 10 xalla üçüncü, Çexiya 9 xalla dördüncü, Norveç 7 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncu pillədə qərarlaşıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR