Digər

On birinci Azərbaycan beynəlxalq təhsil sərgisi açılışa tam hazırdır

05-10-2017 | 13:27        

  

Oktyabrın 5-də XI Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2017”) açılışına həsr olunan mətbuat konfransı keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin elm, ali, orta ixtisas şöbəsi müdirinin müavini Şahin Bayramov, “Caspian Event Organisers (CEO)” təşkilatının icraçı direktoru Bəhruz Hidayətzadə, bu qurumun nümayəndəsi Alina Potokina və "Kapital Bankın" marketinq departamentinin direktoru Günel Fərzəliyeva sərgi ilə bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, sərgi “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil ediləcək. Tədbirdə son illər Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunacaq. Ötən illərlə müqayisədə nazirliyin stendləri bu il daha geniş sahəni əhatə edəcək.

Diqqətə çatdırılıb ki, üç gün davam edəcək sərgidə ölkənin 14 ali təhsil müəssisəsinin stendləri yer alacaq. Sərgi çərçivəsində Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələrin universitet, kollec, ümumi təhsil müəssisələri, təhsil mərkəzləri təqdim ediləcək.

Vurğulanıb ki, tədbirin təşkili üçün lazımi işlər görülüb və sərgi artıq açılışa tam hazırdır.

Mətbuat nümayəndələri üçün sərginin açılış günündə metronun "Koroğlu" stansiyasından Bakı Ekspo Mərkəzinə yola düşən xüsusi (ödənişsiz) avtobuslar təşkil ediləcək. Avtobusdan istifadə mətbuat vəsiqəsini təqdim etməklə mümkün olacaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (26.09.2018) :
Aydın Gecə : +19+21 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR