Mədəniyyət

AzTV-nin “Azərbaycan. Odlar Yurduna səyahət” filmi “Sərhədsiz Xəzər” jurnalist müsabiqəsinin xüsusi mükafatına layiq görülüb

03-10-2017 | 15:52        

  

Həştərxanda Xəzəryanı ölkələrin 3-cü media forumu keçirilib. 5 ölkəni təmsil edən KİV nümayəndələri və ekspertlər 3 gün ərzində fikir mübadiləsi aparıb, gələcək əməkdaşlığı nəzərdə tutan əlaqələr qurublar. Forum çərçivəsində “Sərhədsiz Xəzər” jurnalist müsabiqəsinin qalibləri də mükafatlandırılıb. Azərbaycan Televiziyasının “Odlar Yurduna səyahət” videofilmi “İnsan və dəniz” nominasiyasında xüsusi mükafata layiq görülüb.

Ümumi media mühitinin yaradılması ideyası hələ 2014-cü ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçirilən sammitində irəli sürülüb. Hazırda bu layihə 5 ölkənin KİV-ləri arasında uğurla həyata keçirilir. 3-cü dəfədir təşkil olunan mediaforum Xəzəryanı ölkələrdən 200-dən çox iştirakçını bir araya gətirdi. Bu ilki forum Həştərxan quberniyasının 300 illik yubuleyinə təsadüf etdi. Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İrandan olan jurnalistlər təcrübə və fikir mübadiləsi apardı, əməkdaşlıq əlaqələri qurdular. 3 gün ərzində  gənc jurnalistlər üçün mühazirələr də təşkil olundu, müasir jurnalistikada yeni istiqamətlər barədə məlumat verildi. Forumda həmçinin iştirakçıların media layihələri nümayiş olundu.

Beynəlxalq miqyaslı tədbir ənənəvi olaraq “Sərhədsiz Xəzər” ən yaxşı jurnalist işi müsabiqəsi qaliblərinin mükafatlandırılması ilə yekunlaşdı. Azərbaycan Televiziyasının “Odlar Yurduna səyahət” filmi “İnsan və dəniz” nominasiyasında xüsusi mükafata layiq görüldü.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (27.04.2018) :
Aydın Gecə : +9 +11 | Gündüz: +21 +23
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0253 | Satış: 0.0269

Avro:
Alış: 2.044 | Satış: 2.1174
AzTV TƏQDİM EDİR