İdman

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turuna start verilib

27-09-2017 | 08:37        

  

Sentyabrın 27-də futbol üzrə UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin ikinci turuna start verilib.

İkinci turun ilk günündə “E”, “F”, “G” və “H” qruplarında yer alan komandalar qarşılaşıblar.

“E” qrupunda İspaniya təmsilçisi "Sevilya" doğma meydanda Sloveniyanın "Maribor" klubuna 3:0 hesabı ilə qalib gəlib. Qrupun digər qarşılaşmasında isə Rusiyanın “Spartak” klubu Moskvada İngiltərənin “Liverpul” kollektivi ilə heç-heçə oynayıb-1:1.

“F” qrupunda “Mançester Siti” (İngiltərə) öz meydanında “Şaxtyor”u (Ukrayna) (2:0), "Napoli" (İtaliya) isə "Feyenoord"u (Hollandiya) məğlub edib - 3:1.

İstanbulun "Beşiktaş" klubunun yer aldığı “G” qrupunda isə Türkiyə təmsilçisi doğma meydanda "Leyptsiq"dən (Almaniya) üstün olub - 2:0. "Monako" (Fransa) isə öz meydanında Portuqaliyanın "Portu" klubuna uduzub - 0:3.

“H” qrupunda isə İngiltərənin "Tottenhem" klubu səfərdə APOEL-ə (Kipr) 0:3 hesabı ilə qalib gəlib. Günün ən maraqlı qarşılaşması Dortmund şəhərində baş tutub. “Borussiya” komandası Madridin “Real” klubunu qəbul edib. Qarşılaşma qonaqların 1:3 hesablı üstünlüyü ilə başa çatıb.

Xatırladaq ki, turun ikinci günündə ölkəmizi bu nüfuzlu klub turnirdə təmsil edən Ağdamın “Qarabağ” klubu İtaliyanın “Roma” kollektivini qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtilə saat 20:00-da start götürəcək.