Mədəniyyət

Azərbaycan beynəlxalq musiqi yarışmasında iştirak edəcək

25-09-2017 | 15:13        

  

Qazaxıstanda “Silk Way Star” (“İpək yolunun ulduzları”) beynəlxalq musiqi yarışması keçiriləcək. Sentyabrın 30-da start veriləcək yarışmada Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Tatarıstan və digər ölkələrdən ifaçılar iştirak edəcəklər.

“Qazaxıstan QRTR” Səhmdar Cəmiyyəti tərəfindən keçirilən beynəlxalq musiqili yarışması iştirakçı ölkələrin televiziya kanallarında yayımlanacaq.

Layihənin konsepsiyasına əsasən iştirakçılar təmsil etdikləri ölkələrin mahnıları ilə yanaşı, qazax bəstəkarlarının da mahnılarına müraciət edəcəklər.

Yarışmanın münsiflər heyətində beynəlxalq səviyyədə tanınan məşhur müğənnilər və prodüserlər yer alıb.

Üç ay davam edəcək layihənin sonunda qalib iştirakçıların və dəvət olunmuş ulduzların iştirakı ilə qala-konsert təqdim olunacaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (27.04.2018) :
Aydın Gecə : +9 +11 | Gündüz: +21 +23
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0253 | Satış: 0.0269

Avro:
Alış: 2.044 | Satış: 2.1174
AzTV TƏQDİM EDİR