Siyasət

Ukraynanın xarici işlər nazirinin Azərbaycana səfəri planlaşdırılır

22-09-2017 | 13:40        

  

Ukraynanın xarici işlər naziri Pavel Klimkinin oktyabrın 2-3-də Azərbaycana səfəri planlaşdırılır.

Səfər çərçivəsində P.Klimkinin azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli və regional, o cümlədən siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunacaq.