Xarici xəbərlər

“Mariya” tropik qasırğasının törətdiyi fəsadlar artıb

22-09-2017 | 10:30        

  

Karib hövzəsindəki adalarda tüğyan edən “Mariya” tropik qasırğasının törətdiyi fəsadlar artıb. Dominika ada dövlətində qasırğa evlərin damlarını uçurub, elektrik dirəklərini aşırıb. Küçələr sun altında qalıb. Təbii fəlakət azı 15 nəfərin həyatına son qoyub, 20 adam itkin düşmüş hesab edilir. Yüzlərlə evə ciddi ziyan dəyib. Puerto-Rikoda da analoji vəziyyət hökm sürür. Ada dövlətin infrastrukturuna ciddi ziyan dəyib. Çox sayda ev elektrik enerjisiz qalıb. Elektrik təchizatının tam bərpası 6 aya qədər uzana bilər. 10 minlərlə adam sığınacaqlarda məskunlaşıb. Leysanların davam etdiyindən daşqınla bağlı xəbərdarlıq edilib. Suyun səviyyəsinin 76 santimetrə çatacağı gözlənilir. Puerto-Rikonun paytaxtı  San-Xuanda sürəti saatda 225 kilometrə çatan külək evlərin damlarını uçurub, ağacları kökündən qoparıb. Dominikan Respublikasında da “Mariya” qasırğası güclü daşqınlara səbəb olub. Hazırda qasırğanın Britaniyanın Törks və Kaykos adaları, həmçinin Baham adalarına doğru irəlilədiyi bildirilir.