Siyasət

Parisdə Avropa Şurası Parlament Assambleyası komitələrinin iclasları keçirilib

22-09-2017 | 10:27        

  

Parisdə Avropa Şurası Parlament Assambleyasının bərabərlik və qeyri-diskriminasiya, həmçinin miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitələrinin iclasları keçirilib. Azərbaycanın assambleyadakı nümayəndə heyəti iştirakçılara Azərbaycanda qadınların siyasi, iqtisadi sahələrdə fəallığı, onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün yaradılan hər cür şərait və bu baxımdan milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verib. İclasda həmçinin ölkədəki qaçqın qadınlara  sadalanan sahələrdə yaradılan şəraitdən də söz açılıb.