İqtisadiyyat

Bu il “Cənub Qaz Dəhlizi” üzrə layihələrə 1,7 milyard 671 milyon dollaradək investisiya qoyulub

20-09-2017 | 11:28        

  

Azərbaycanın müvəffəqiyyətlə həyata keçirdiyi və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq “Cənub Qaz Dəhlizi” üzrə layihələrə bu il 1,7 milyard dollaradək investisiya qoyulub. Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin 95,9 faizi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə işlərin 89,8 faizi, Trans-Anadolu boru kəmərinin inşası üzrə işlərin 80 faizi, Trans-Adriatik kəmərinin inşası üzrə işlərin isə  50,7 faizi icra edilib. Bu ilin əvvəlindən sentyabrın 15-dək “Cənub Qaz Dəhlizi”-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə 1 milyard 671 milyon dollar məbləğində investisiya cəlb edilib.