Siyasət

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

20-09-2017 | 09:51        

  

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri bir sıra beynəlxalq tədbirlərdə iştirak edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi qulluqçularımız sentyabrın 22-dək Ankarada keçiriləcək “Mətbuat və ictimaiyyətlə əlaqələr” mövzusunda qarşılıqlı təcrübə mübadiləsinə qatılıblar. Silahlı Qüvvələrimizin təmsilçiləri, həmçinin sentyabrın 25-dək Litvanın Klaypeda şəhərində keçiriləcək hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatında iştirak edirlər.